Robert Oppenheymer

Robert Oppenheymer
ing. Robert Oppenheimer[1]
Doğum adı Julius Robert Oppenheimer
Doğum tarixi 22 aprel 1904(1904-04-22)[2][1][…]
Doğum yeri
Vəfat tarixi 18 fevral 1967(1967-02-18)[3][2][…] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qida borusu xərçəngi[d][1]
Elm sahələri Tətbiqi fizika, nəzəri fizika, Nüvə fizikası
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Maks Born[6]
Tanınmış yetirmələri Uillis Lemb
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri Medal for Merit Enriko Fermi mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Culius Robert Oppenheymer (ing. Julius Robert Oppenheimer, 22 aprel 1904[2][1][…], Manhetten, Nyu-York ştatı[5]18 fevral 1967[3][2][…], Prinstom, Nyu-Cersi[3]) — Kaliforniyanın Berkli Universitetində professor kimi çalışmış yəhudi əsilli amerikan nəzəriyyəçi-fiziki. O, Los Alamos Laboratoriyasının (vəya Y layihəsi) rəhbəri idi. İkinci dünya müharibəsi zamanı hazırlanan Manhetten layihəsində yaradılan atom bombasının "atası" hesab edilir. Həmin vaxtlar daha "körpə" sayılan atom bombasının ilk sınağı 16 iyul, 1945-ci ildə Nyu-Meksikodakı Triniti sınağında sınanılıb. Daha sonra atom bombası Yaponiyanın kapitulyasiyasını tezləşdirmək üçün Hiroşima və Naqasaki şəhərlərinə atıldı. Oppenheymer bu sınaqdan sonra Baqavad Gitadan "İndi mən ölüməm, aləmlərin məhv edicisinə çevrilmişəm." sözlərini gətirdi.[7]

Müharibə başa çatdıqdan sonra, Oppenheymer yeni yaradılmış Amerika Birləşmiş Ştatları Atom Enerjisi Komissiyasının nüfuzlu Baş Məsləhət Komitəsinin sədri oldu. O, mövqeyini nüvə silahının yayılmasına və Sovet İttifaqı ilə nüvə silahı yarışına maneə törətmək üçün nüvə enerjisinə beynəlxalq nəzarətə cəlb etmək üçün istifadə etmişdir. Makkartizm zamanı bir çox siyasətçinin qüsurlarını qınadıqdan sonra 1954-cü ildə təhlükəsizlik rəsmiləşdirilməsi ləğv edildi. Təxminən bir il sonra, prezident Con Kennedi ona Enriko Fermi mükafatını layiq görmüşdür.

Oppenheymerin fizika sahəsindəki nailiyyətlərinə molekulyar dalğa funksiyaları üçün Born-Oppenheymer uyğunlaşması, nüvə ərintisində Oppenheymer-Filips prosesi və kvant tunelinin ilk proqnozu kimi layihələr aiddir. Tələbələri ilə birlikdə, neytron ulduzlarınınqara dəliklərin müasir nəzəriyyəsinə, həmçinin kvant mexanikasına, kvant sahəsinin nəzəriyyəsinə və kosmik şüaların qarşılıqlı təsirlərinə də mühüm töhfələr vermişdir. Bir müəllim və elm insanı olaraq, 1930-cu illərdə yaranmış Amerika nəzəri fizika məktəbinin qurucu atası olaraq xatırlanır. İkinci dünya müharibəsindən sonra o, Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən Ətraflı öyrənmə institutunun direktoru vəzifəsinə keçir.

  1. 1 2 3 4 NNDB (ing.). 2002.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Оппенгеймер Роберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1967-1968. P. 382. ISBN 978-84-239-4500-9
  5. 1 2 https://a860-historicalvitalrecords.nyc.gov/view/1593063.
  6. Mathematics Genealogy Project (ing.). 1997.
  7. Hijiya, James A. "The Gita of Robert Oppenheimer" (PDF). Proceedings of the American Philosophical Society. 144 (2). June 2000. ISSN 0003-049X. November 26, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: December 23, 2013.

Developed by StudentB